SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 527
ATMU-da “Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı tədbir keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 keçir. Bu münasibətlə Azərbaycan Turizm və Menecment Universitetində “Müsəlman Şərqində İlk Parlamentli Respublika” adlı hibrid formada tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq təminatın olması səbəblərindən cəmi 23 ay yaşadı. İkinci tarixi şans isə 70 il sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilli haqqında Konstitusiya Aktı” qəbul olundu. Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanındı. Rektor Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının 15 oktyabr 2021-ci il tarixli Qanununa əsasən mayın 28-nin ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunduğunu xüsusi vurğuladı. Detallı faktlara münasibət bildirən İ.Mədətov “Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Regionda irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir”sözləri ilə çıxışını tamamladı.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə tarix elmləri doktoru, professor M.Zülfüqarlı, Dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov, ATMU TGT sədri Rəşid Məmmədovun məruzə və çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbir Universitetin” Sosial iş” ixtisasının birinci kurs tələbəsi Vüsal Nəsirlinin ifasında Məmməd Arazın “Səninləyəm” şeiri ilə başa çatdı.