SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
24.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 40
ATMU və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlığa dair razılaşma sənədi imzalanıb

Sənəd “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tərəfindən imzalanıb.

Əməkdaşlığa dair sənəddə elm və sənaye, o cümlədən Universitet tələbələrinin praktiki vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi zəruri sayılıb.

Razılaşma sənədində ATMU-nun Nəqliyyat servisi, Menecment, Maliyyə, Marketinq ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən müvafiq seminar və təlimlərdə iştirakı istəyi aydın əksini tapıb.

Sənəddə ATMU məzunlarının ADY-nın ehtiyat bazasına daxil edilərək müvafiq vakant vəzifələrə təcrübəçi və işçi kimi cəlb olunması, təcrübə proqramlarında iştirakı, müştərək elmi-texniki və elmi-praktiki konfransların, seminarların, sərgilərin, eləcə də ADY-nin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən “master klass” ların təşkili və s. göstəricilər xüsusi qeyd olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakını şərtləndirən müvafiq sənəddə Universitetin tədris-innovasiya infrastrukturundan ADY əməkdaşlarının faydalanması, Universitetin təşəbbüsü ilə keçiriləcək təlim proqramlarına qatılmaları da nəzərdə tutulub.