SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Qrinviç Universitetinin mühazirəçisi Creative Spark proqramı daxilində ATMU-da mühazirə demişdir
31.05.2022
BƏŞ
Bölmə: Xəbərlər
Baxış sayı: 393
Qrinviç Universitetinin mühazirəçisi Creative Spark proqramı daxilində ATMU-da mühazirə demişdir

25 may 2022-ci il tarixində Yaradıcı Qığılcım (Creative Spark), British Council dəstəklədiyi proqram daxilində Dr. Dr Jithendran Kokkranikal, Qrinviç Universitetinin Turizm və Hotelçilik üzrə mühazirəçisi Turizm İdarəçiliyi mövzusunda məlumat sessiyası aparmışdır.

Sessiya zamanı o tələbələri turizmdə sahibkarlığın inkişafı, turizm istiqamətləri, ən yaxşı təcrübələr, yerli turizm inkişafı, məsuliyyətli turizm haqqında məlumatlandırmışdır. Həmçinin, Dr. Kokkranikal tələbələrə həmin universitetin Marketinq, Tədbirlər və Turizm şöbəsi haqqında məlumat vermişdir. Yaradıcı Qığılcım proqramının bir hissəsi kimi Dr. Kokkranikal UNEC və Gəncə Dövlət Universitetində sahibkarlıq inkişaf düşərgələri təşkil etmək üçün səfər etmişdir.