SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
 Gürcüstanın Beynəlxalq Təhsil İşçilərindən ibarət olan nümayəndə heyətinin Bakıya 2 günlük səfəri
10.06.2022
BƏŞ
Bölmə: Xəbərlər
Baxış sayı: 553
Gürcüstanın Beynəlxalq Təhsil İşçilərindən ibarət olan nümayəndə heyətinin Bakıya 2 günlük səfəri

ABŞ Səfirliyi Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası ilə birgə Gürcüstanın Beynəlxalq Təhsil İşçilərindən ibarət olan nümayəndə heyətinin Bakıya 2 günlük səfərini təşkil edib. Səfər zamanı yerli universitetləri ziyarət edən, habelə bir sıra görüşlərə və şəbəkələşmə təbrirlərinə qatılaran nümayəndə heyəti Azərbaycan təhsil ocaqları ilə əlaqələri gücləndirmək imkanını qazanmışdır. İki ölkənin universitetləri arasında daha möhkəm tərəfdaşlıq tələbələr üçün daha geniş imkanlar təqdim edəcək.

ATMU əməkdaşları, Faina Qaçabəyova, Keyfiyyət Təminatı şöbəsinin müdiri və İncə Əliyeva, Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Gürcüstan nümayəndələri ilə Azərbaycan universitetlərinin şəbəkələşmə görüşündə iştirak etmişdir. Tədbirin nəticəsi olaraq ATMU iştirak edən bir neçə Gürcüstan universitetləri ilə əməkdaşlıq perspektivlərini müzakirə etməyə başlamışdır.