SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 192
Beynəlxalq təlim seritifkatlı tələbələrimiz

Azərbaycan Turizm və Menecment Universiteti və Layihələrin İdarə Edilməsi Assosiasiyası arasıda mövcud olan əməkdaşlıq çərçivəsində (AzPMA) universitetdə Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə bir qrup tələbələr beynəlxalq təlimlərin sertifikatları ilə təltif edildi. Qeyd etmək lazımdır ki, təlimlər “Azərbaycanın ali təhsil müəssisəsində layihə menecmenti tədris potensialının artırılması və layihələrin idarə olunması üzrə kompetensiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmişdir.

AzPMA-nın icraçı direktoru Fatimə Axundovanın iştirakı ilə seçilmiş bir qrup ATMU tələbəsi beynəlxalq sertifikatlarla təltif edildi.

Təlimlərin sonunda tələbələr International Project Management Association (IPMA) ICB4 standartları ilə Project Management Associate (Level D) beynəlxalq sertifikasiya imtahanında iştirak edərək yüksək nəticə göstərmişlər. Sözügedən layihəyə qoşulmaqla tələblərimiz, həmçinin Gənc layihə mütəxəssisləri üçün nəzərdə tutulmuş IPMA təşkilatının Young Crew beynəlxalq təşəbbüsünə ATMU komandasının aktiv üzvü kimi qoşulmaq şansı əldə etdilər.