SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 536
ATMU-da yaz semestrinin imtahan sessiyası davam edir

İyunun 2-dən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

İmtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 24 iyunadək davam edəcək.

İmtahanla bağlı əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib

Bakalavriatura səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistratura səviyyəsində isə 10 ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyun ayının 30-dan iyul ayının 1-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.