SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 194
ATMU əməkdaşları “Peşəkar Karyera Məsləhətçisi” silsilə təlim kursunu müvəffəqiyyətlə başa vurublar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən ölkəmizin ali təhsil müəssisələrinin Karyera mərkəzlərində çalışan əməkdaşları üçün təşkil edilən “Peşəkar Karyera Məsləhətçisi”adlı silsilə təlim kursu başa çatıb.

Təlim kursuna ölkənin bir çox aparıcı ali təhsil ocaqlarının əməkdaşları qatılıblar. Silsilə təlim kursunun yekun imtahanında ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və adıkeçən şöbənin baş mütəxəssisi Elnurə Əliyeva ən yüksək nəticələr əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin xanım əməkdaşları S.Məmmədova və E.Əliyeva ”Peşəkar Karyera Məsləhətçisi” adlı silsilə təlim kursunun çoxsaylı iştirakçıları arasında ilk iki yerə sahibləniblər və fərqlənmə sertifikatı alıblar.