SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.06.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 294
“Life Beyond Tourism" festivalında işçi qrupuna qoşulmaq üçün elan
TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

İtaliyanın Romualdo del Bianco Fondunun təşəbbüsü olan “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı olaraq Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərini turizm destinasiyası kimi təbliğ edəcəkdir.

Təbliğat kampaniyası çərçivəsində Şuşa haqqında tarixi-mədəni məlumatlar, o cümlədən video, şəkil və yazılar LBT e-portalında öz əksini tapacaq. 2022-ci ilin noyabr ayında Florensiya şəhərində baş tutacaq sərgi zamanı bu məlumatlar Şuşaya həsr olunmuş ekspozisiyada nümayiş olunacaq. Həmçinin, festival zamanı tələbələr öz təqdimatlarını onlayn və ya oflayn (fiziki təqdimat zamanı xərclər tələbə(lər)in özü tərəfindən qarşılanacaqdır) təqdim etmə şansına malik olacaqlar.

Maraqlanan tələbələri işçi qrupuna qoşulmağa dəvət edirik. Müraciət etmək üçün əsas tələblər:

§ Şuşanın tarixi və mədəniyyəti haqqında məlumatlı olmaq;

§ Turizm destinasiyanın təbliğatı haqqında biliklərə sahib olmaq;

§ İngilis dilində sərbəst yazı yazmaq bacarığı;

§ Tədqiqat bacarıqlarına sahib olmaq;

§ Photoshop və digər şəkil/video redaktə proqramlarını bilmək üstünlükdür (mütləq deyil).

Ərizə formasına keçid https://forms.gle/zuLUR7tyBYVrLoJHA

Elanın mətni əlavədə

Müraciət etmək üçün qeydiyyat formasını 10 iyul 2022-ci il tarixinə kimi doldurmaq zəruridir.

İddiaçılar arasında keçiriləcək müsabiqənin nəticəsində seçilmiş 5 nəfər tələbə LBT e-kursuna qatılmaq imkanı qazanacaq. Kursu müvəfəqqiyətlə tamamlayan şəxslər işçi qrupunun üzvləri olaraq seçiləcəklər. Həmçinin, işçi qrupuna professional rəhbər şəxs təyin ediləcək ki, işçi qrupuna istiqamət versin. 

Tələbələrimizin ötən ilki işinə bu linkdən nəzər yetirə bilərsiniz - https://www.lifebeyondtourism.org/places/storytelling-shusha-region/

Layihənin yekununda iştirakçılar LTB fondunun sertifikatı və simvolik hədiyyələr ilə mükafatlandırılacaq.

Əlavə suallarınız yarandığı halda, international@atmu.edu.az e-poçt ünvanına müraciət edə bilərsiniz.