SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
24.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 192
ATMU-nun professorunun “Göyçay tarixi”adlı kitabı işıq üzü görüb

Azərbaycan Turizm və Menecment Universiteti İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Göyçay tarixi” kitabı çapdan çıxıb.

Professor M.Zülfüqarlının “Göyçay tarixi” adlı kitabında Azərbaycanın qədim bölgələrindən sayılan Göyçayın miladdan əvvəl II minillikdən hazırki dövrə qədərki tarixi keçmişi ilk dəfə olaraq kompleks şəkildə elmi əksini tapıb. Kitabda qeyd olunur ki, Göyçay qəzası 9 dekabr 1867-ci ildə Bakı quberniyasının tərkibində yaradılıb. Həmin əraziyə 7 rayon- Göyçay, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonları daxil edilib. Hazırda Göyçay rayonu 55 kənd və bir şəhərlə əhatələndiyindən müəllif haqlı olaraq “Göyçayın tarixi” adlı kitabında qədim dövrdən 8 avqust 1930-cu il tarixinə qədər, yəni Göyçay qəza mərkəzindən rayon mərkəzinə çevrilənə qədər olan dövrü birinci, son 92 ili isə 2-ci dövrə aid edib.

Kitabın layihə rəhbəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, elmi redaktorları f.e.d., prof. Asif Hacıyev və əməkdar jurnalist, s.ü.f.d. Fuad Babayevdir.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru M.Zülfüqarlının “Göyçay tarixi” kitabı bakalavr, magistr, doktorant, tədqiqatçı və regionun tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.