SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 287
İpək Yolu Universitetinin nümayəndələri ATMU-da

Özbəkistan Respublikasının İpək Yolu Universitetinin səlahiyyətli nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar. ATMU-nun rektoru İlham Mədətov ölkəmizdə turizmin müasir vəziyyəti, əldə olunan uğurlar, həmçinin hər iki ölkə arasında diqqətçəkən əlaqələrin inkişafından bəhs edib.Söhbət əsnasında ATMU-da tədris prosesi, universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi,o cümlədən beynəlxalq təhsil, turizm layihələri çərçivəsində birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Özbəkistanın İpək Yolu Universiteti arasında akademik və elmi sahədə əməkdaşlıq 2019 – cu ildən başlanıb.