SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.07.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 878
ATMU əməkdaşları Polşada olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Erasmus+ proqramı çərçivəsində Polşanın Varşava və Krakov şəhərlərində olublar. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Rektorlar konfransının yaradılması” layihəsinin tərəfdaşı statusunda ATMU-nu tədris işləri üzrə prorektor f.e.d., prof. Zaur Bağırov, Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova və ikili diplom proqramının direktoru Elmira Hacıyeva təmsil ediblər. Varşava İqtisadiyyat Məktəbində keçirilən ilk səfər günlərində Azərbaycan nümayəndə heyətinə 109 ali təhsil müəssisənin təmsil olunduğu 25 illik tarixə sahib Polşa Akademik Məktəblərin Rektorlar Konfransı haqqında məlumat verilib, bu qeyri-kommersiya təşkilatının quruluşu, idarəolunması və fəaliyyətləri kimi məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanın yaxından iştirakı, daha doğrusu təşəbbüsü ilə Polşanın Təhsil naziri Tomasz Rzymkovski və Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru professor Z. Bağırov arasında keçirilən görüşdə ATMU və Polşa ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri detallı müzakirə edilib.

ATMU əməkdaşları Azərbaycan nümayəndə heyətinin tərkibində Krakov şəhərində təşkil olunan sessiyalara qatılıblar. Polşanın nüfuzlu ali təhsil müəssisələrindən biri - Elm və Texnologiya Universitetinin rektorunun, eyni zamanda iştirakçı ali təhsil müəssisələrinin çoxsaylı nümayəndələrinin təqdimat-çıxışlarının dinləyicisi olublar.