15.07.2022
Tədris -metodiki şöbə
Bölmə: Elanlar
Baxış sayı: 231
Magistraturaya sənəd qəbulu

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

Azərbaycan Turizm və Menecment Universitetinin magistratura ixtisaslaşmalarına qəbul olan bakalavrları təbrik edir, təhsilin növbəti pilləsində uğurlar arzulayırıq.

Bakalavrlar qəbulun rəsmiləşdirilməsi üçün https://portal.edu.az/ platformasında şəxsi kabinet yaradaraq 2022-ci il 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olan və qeydiyyatdan keçməkdə çətinlik çəkənlər üçün Universitet tərəfindən lazımi kömək və texniki dəstək göstəriləcəkdir.

Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilmişdir:

https://cutt.ly/sLIIWDl

Ən çox verilən suallar: https://cutt.ly/gLIOqwt

Qeydiyyat üçün tələb olunan sənədlər aşağıdakı kimidir:

PORTALDA QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

• Şəxsiyyət vəsiqəsinin FİN kodu;

• Ali təhsil haqqında sənəd və onun əlavəsi;

• Sağlamlıq haqqında arayışın surəti;

• İlkin hərbi qeydiyyat haqqında sənədin surəti;

• Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əsli;

• Aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olan Təhsil haqqından azad olunan tələbələrin müvafiq sənədləri:

Təhsil haqqından azad olunan tələbələrdən tələb olunan sənədlər:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri (oğlu və qızı), yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti

Qeyd: 18 yaşı tamam olan tələbələr şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti;

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:

1. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti;

Qeydiyyat və sənədlərlə bağlı ətraflı məlumat üçün:

Ünvan: Bakı şəhəri, Nərimanov ray., Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə

Fakültə: Turizm və qonaqpərvərlik fakültəsi

İxtisaslaşmanın adı: Beynəlxalq turizm və ölkəşünaslıq; Turizm işi; Otelçilik; Biznesin idarə edilməsi (Turizm və otelçiliyin idarə edilməsi üzrə).

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 112)

Fakültə: Biznes idarəçiliyi

İxtisaslaşmanın adı: Menecment (sahələr üzrə); Turizmin iqtisadiyyatı; Maliyyə menecmenti.

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 128)

Fakültə: Sosial menecment

İxtisaslaşmanın adı: Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi;

Dünya siyasəti; İctimai siyasət; Əhalinin sosial müdafiəsi; Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi.

Əlaqə nömrəsi: +994 12 561 60 98 (daxili 206)