31.08.2022
Elm və innovasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 266
“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII Elmi-Praktik Konfransı

Hörmətli doktorant/dissertant və müstəqil tədqiqatçılar!

Azərbaycan Turizm və Menecment Universiteti 25 noyabr 2022-ci il tarixdə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII Elmi-Praktik Konfransı keçirəcək.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə effektiv idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

1. Dövlət siyasətində idarəetmənin yeri və rolu;

2. Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlər;

3. Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri;

4. Kadrların idarə edilməsində yeniliklərin səmərəliliyinin qiymətləndirilməsinə yanaşmalar; səmərəlilik kriteriyası və göstəriciləri;

5. Təhsil və mədəniyyətin idarə edilməsi;

6. Korporativ idarəetmə və biznesin idarə edilməsi;

7. İdarəetmədə hüquq problemləri.

Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması- A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla azərbaycan, türk ingilis və rus dillərində təqdim olunmalıdır. İstifadə edilən ədəbiyyatların siyahısı əlifba sırası ilə AAK-nın tələblərinə uyğun doldurulur. İstinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir [6,s.109]. Mövzunun adı, xülasə və açar sözlər azərbaycan, ingilis və rus dillərində yazılmalıdır.

Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 05.09.2022-ci il tarixdən 15.11.2022-ci il tarixinədək science.atmu@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Müraciət forması

· Adı,soyadı,ata adı;

· Elmi dərəcəsi;

· İş yeri, vəzifəsi;

· Telefon, faks ( şəhər kodu göstərilməklə);

· Elektron ünvan;

· Məruzənin mövzusu;

· İstiqaməti;

· Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın işçi dili: azərbaycan, türk, ingilis və rus.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23 Email: science.atmu@atmu.edu.az

Təşkilat komitəsi