21.07.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 280
"ReStart" davam edir

Əziz tələbə və məzunlar,

#evdəqalaq #dəstəkolaq şüarı altında Karyera və Kommunikasiya şöbəsi daha bir onlayn görüşə sizləri dəvət edir.

25 İyul saat 20:00-da "ReStart" layihəsi çərçivəsində “Effektiv Ünsiyyət Bacarıqları” mövzusunda Abşeron Otel Qrupunun Gəlirlər və Biznesin İnkişafı üzrə Direktoru Bahar Qəniyeva və Azərbaycan Turizm Bürosunun İnsan Resursları Meneceri Ülviyyə Qasımzadə öz təcrübə və tövsiyələrini sizlərlə bölüşəcəklər. Bu görüşdə iştirak etməklə siz ünsiyyət zamanı diqqət yetirməli olduğunuz incəliklərdən xəbərdar olacaqsınız.

Görüş Zoom proqramı vasitəsilə həyata keçiriləcək.

Qeydiyyat: shorturl.at/qOW23

Qeyd: Yalnız qeydiyyatdan keçənlərə iştirak üçün link göndəriləcək.