
2022/2023-cü tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə bakalavr pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!
Azərbaycan Turizm və Menecment Universitetinə 2022/2023-cü tədris ili üçün qəbul olunmuş tələbələr 2 sentyabr saat 12:00-dan 12.09.2022-ci il, saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Qeydiyyat üçün tələbələrin AKTİV istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir! Həmçinin qeydiyyat zamanı portalda tələbələrin iş nömrəsi və parolu tələb olunur.
Tələbələr qeydiyyat bitdikdən sonra sənədləri 01.10.2022-ci il tarixinədək Universitetə təqdim etməlidirlər.
Tələbələrdən qeydiyyatdan keçərkən “QEYD” bölməsində orta məktəbdə keçdikləri XARİCİ DİL-i qeyd etmələri xahiş olunur.
PORTALDA QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
- Attestatın və ya orta təhsil haqqında sənədin surəti;
- İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün);
- Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti;
- Ağ fonda 3x4 ölçüdə fotoşəkil;
- Sağlamlıq haqqında arayışın surəti;
- Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əslinin surəti;
- Aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olan Təhsil haqqından azad olunan tələbələrin müvafiq sənədləri:
TƏHSİL HAQQINDAN AZAD OLUNAN TƏLƏBƏLƏRDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:
1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;
“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:
1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti
Qeyd: 18 yaşı tamam olan tələbələr şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:
1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:
1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)
18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq
1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.
Qeyd: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.
2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:
Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).
Qeydiyyat və sənədlərlə bağlı ətraflı məlumat üçün:
Ünvan: Bakı şəhəri, Nərimanov ray., Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə
Fakültə: Turizm və qonaqpərvərlik fakültəsi
İxtisasın adı: Turizm işinin təşkili (əyani və qiyabi); Turizm bələdçiliyi, Tərcümə (dillər üzrə)
Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 112)
Fakültə: Biznes idarəçiliyi
İxtisasın adı: Menecment, Marketinq, Dövlət və bələdiyyə idarəetməsi, Maliyyə.
Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 128)
Fakültə: Sosial menecment
İxtisasın adı: Beynəlxalq münasibətlər, Muzey, arxiv işi və abidələrin qorunması, Qida mühəndisliyi, Sosial iş
Əlaqə nömrəsi: +994 12 561 60 98 (daxili 206)