SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 56
Elmi şuranın iclası keçirilib

Sentyabrın 13-də ATMU Elmi şurasının onlayn iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da 2022-2023-ci tədris ilinə hazırlığın vəziyyəti” (Bahadur Bilalov, Kənan Allahverdiyev, Vüqar Nəzərov, Həcər Eldarova), “ATMU-ya 2022-2023-cü tədris ili üzrə tələbə qəbulunun nəticələri və 2023-2024-cü tədris ili üçün tələbə qəbulu ilə bağlı proqnoz yerlərin müzakirəsi” (Həcər Eldarova), cari məsələlər sırasında Tədris-metodiki şöbənin 2021-2022-ci tədris ili üçün görülmüş işlər barədə hesabatı (Həcər Eldarova), “Qiymətləndirmə və imtahan qaydaları”haqqında Əsasnamənin müzakirəsi (Fərid Cabbarlı), “Təlim prosesinin qiymətləndirilməsi məsələsinin müzakirəsi” və “ATMU-da ixtisas komissiyaların yaradılması” (Faina Qaçabəyova), ATMU-nun strukturlarının və Elmi Şuranın 2022-2023-cü tədris ili üçün iş planlarının və Akademik təqvimin təsdiqi haqqında məsələlər daxil edilib. Rektor Elmi şura iclasında Universitetin adları qeyd olunan struktur rəhbərlərinin təqdimat- çıxışlarına dair rəy və təkliflərin əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Elmi şura iclasında Tədris işləri üzrə prorektor Zaur Bağırov, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov, Sosial menecment fakültəsinin dekanı Kənan Allahverdiyev, Tədris-metodiki şöbənin müdiri Həcər Eldarova, Təhsildə qiymətləndirmə şöbəsinin müdiri Fərid Cabbarlı, Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova gündəlikdəki məruzə və çıxışlara münasibətlərini bildirdilər. İclasın sonunda rəy və təkliflərin nəzərə alınması qərara alındı.