SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 89
ATMU əməkdaşları Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Azərbaycan-Avstriya Turizm proqramının (AATP) koordinatoru Aytac Babayeva Avstriya Respublikasının Azərbaycana yeni təyin edilən fövqaladə və səlahiyyətli səfiri cənab Tomas Şuller-Qötzburq tərəfindən qəbul edilib. ATMU əməkdaşlarına vaxt ayırdığına görə təşəkkürünü bildirən O.Musa AATP proqramından yararlanan universitet tələbələrinin uğurlu karyeraya sahibləndiklərini diqqətə çatdırıb. Universitet tələbələrindən 278 nəfərin eyni zamanda AATP proqramından da məzun olduğunu, 50-dən çox tələbənin isə hazırda bakalvr pilləsində təhsil aldığını deyib.Söhbət əsnasında ATMU və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında tərəfdaşlıq əlaqələrinin bundan sonrada davam etdiriləcəyinə əminlik ifadə olunub. ATMU-da cənab səfir Tomas Şuller-Qötzburqun AATP proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşü nəzərdə tutulub.