SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.09.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 97
ATMU-da Anım Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür. Ölkəmizin hər yerində olduğu kimi ATMU-da da 27 Sentyabr-Anım Günü dərin hüzn və kədərlə qeyd olunub.Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinin başlandığını diqqətə çatdırdı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğuladı. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən məkrli düşmənin təxribatlara əl atdığını, günahsız mülki insanları belə hədəf aldığını xatırlatdı.Rektor İ.Mədətov II Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusunun həlak olduğunu, onlarla hərbi qulluqçumuzun itkin düşdüyünü, min nəfərdən artıq hərbi qulluqçumuzun isə yaralanaraq, sağlamlığını itirdiyini ürək ağrısı ilə qeyd etdi. Müzəffər Ali Baş Komandan,Cənab İlham Əliyevin cəsarətli xarici və daxili siyasəti ,rəşadətli əsgər və zabitlərimizin, şəhid və qazilərimizin ağlagəlməz qəhrəmanlıqları,təmannasız vətən sevgisi sayəsində əsirlikdə qalan doğma yurdlarımızın azad olundunu dedi.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov yeni nəsil gənclərimizin 30 illik vətən həsrətinə 44 gün ərzində son qoyduğunu diqqətə çatdırdı və qeyd etdi ki, “heç bir müharibə itkisiz deyildir, lakin həmin şəhidlərimiz sayəsində Azərbaycan xalqı qələbə sevincini yaşadı”.K.Qasımov Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi..

Azərbaycan Respublikasının “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilənlərdən biri-. ATMU tələbəsi Amil Əliyev 44 günlük döyüş yolundan söz açdı. Müharibə iştirakçısı tələbə və məzunlara yaradılan şəraitə, qayğıya görə DTA-nin və

ATMU-nun rəhbər şəxslərinə minnətdarlığını bildirdi. Vətən naminə lazım gələrsə canından belə keçməyə hazır olduğunu dedi.

Qeyd etmək lazımdır ki,Universitetin Biznes idarəçiliyi fakültəsinin “menecment” ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Yasin Səməndərov isə II Qarabağ müharibəsi qazisidir. Ümumiyyətlə ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.