Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və Mədəniyyət müşaviri Şarl Dönie ilə görüş keçirilib. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssisi İranə Məmmədcanovanın qatıldığı görüşdə ATMU ilə Fransa Respublikasının universitetləri arasında mümkün əməkdaşlıq imkanları, Beynəlxalq Təhsil layihələrində birgə iştirak, Fransada müvafiq kurs tələbələrindən ötrü istehsalat təcrübəsinin təşkili və sair məsələlər müzakirə olunub.