SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 364
ATMU tələbələri Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçəçəklər

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və şöbənin mütəxəssisi İranə Məmmədcanovanın Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunan rəhbəri Ufuk Turganer və Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulualla görüş keçirilmişdir. Görüş vaxtı konkret olaraq ATMU tələbələrinin Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçmə imkanları müzakirə edilib.