04.10.2022
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 312
İnfosessiya - Beynəlxalq səviyyədə tanınan və müddətsiz dil sertifikatı

Hörmətli tələbələr!

Beynəlxalq səviyyədə tanınan və müddətsiz dil sertifikatı barədə məlumat əldə etmək istərdinizmi?

6 oktyabr tarixində, saat 13:00-14:00-da Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Gülçöhrə Abdurahmanlı tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün “ Dil qiymətləndirmə imtahanları- Kembric İngilis dili kvalifikasiyaları” mövzusunda infosessiya təşkil olunacaq.

İnfosessiyada müzakirə olunacaq mövzular:

Dövlət İmtahan Mərkəzi: Beynəlxalq imtahanlar

Kembric İngilis dili imtahanları nədir?

2.1. Nəyə görə Kembric İngilis dili imtahanları?

2.2. İmtahanlarda kimlər iştirak edə bilər?

2.3. Kembric İngilis dili kvalifikasiyalarının digərlərindən fərqli və üstün cəhətləri.

İnfosessiyada iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/aEViPy58KoGN217cA

İnfosessiyanın keçirilmə yeri: ATMU-nun əsas tədris binası, otaq 406 (kitabxana)