SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 53
ATMU tələbələri sənaye müəssisəsində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi “Qida mühəndisliyi” ixtisasının müvafiq kurs tələbələri ”Herba Flora MMC”nin Abşeron rayon Qobu qəsəbəsindəki müəssisəsinə səfər ediblər. ATMU və “Herba Flora MMC “ arasında bağlanan müqavilədə “Qida sənayesində texnoloji əməliyyatlar” və “Keyfiyyəti idarəetmə sistemləri” fənlərindən laboratoriya təcrübələrinin və seminarların adıkeçən müəssisədə təşkili nəzərdə tutulub. Bugünlərdə universitet tələbələri müəssisə daxilində mexaniki avadanlıq və aparatların işləmə mexanizmini, xammalın alınmasını,o cümlədən müalicəvi bitgi çaylarının, təbii tərkibli dərmanların və s. məhsulların hazırlanması prosesini yaxından izləmək imkanı qazanıblar.

“Herba Flora MMC” müəssisəsində “Qida sənayesində texnoloji əməliyyatlar” və “Keyfiyyəti idarəetmə sistemləri” fənlərinin əyani tədrisi ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının fənn müəllimi, dos, Çingiz Əliyev tərəfindən təşkil olunub.