SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 67
Azərbaycan Turizm və Menecment Universitetində infosessiya təşkil olunub

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün adıkeçən təhsil müəssisəsində “Dil qiymətləndirmə imtahanları - Kembric İngilis dili üzrə kvalifikasiyalar” mövzusunda infosessiya təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi, təlimçi Gülçöhrə Abdurahmanlnın ACCA; ICDL; Pearson Vue; ТРКИ; TOEFL İBT; GRE; SAT, xüsusilə Kembric İngilis dili üzrə Kvalifikasiyalara dair təqdimat-çıxışı tələbələr tərəfindən maraqla qarşılanıb.

İnfosessiyada “Dövlət İmtahan Mərkəzi: Beynəlxalq imtahanlar”, “Xaricdə təhsil üçün vacib olan imtahanlar”, “Dil qiymətləndirmə üzrə imtahanlar”,” İxtisaslaşma-peşəkar biliyin qiymətləndirilməsi üzrə imtahanlar”, “Kembric İngilis dili üzrə Kvalifikasiyalar nədir”,”Nəyə görə Kembric İngilis dili imtahanları”, “İmtahanlarda kimlər iştirak edə bilər”, “Kembric İngilis dili Kvalifikasiyalarının digərlərindən fərqli və üstün cəhətləri”mövzularına da aydınlıq gətirilib.

Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Gülçöhrə Abdurahmanlı ATMU-nun “Tərcümə” ixtisasının məzunudur. Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzində istehsalat təcrübəsində olub.