SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 84
ATMU-da infosessiya

Azərbaycan Turizm və Menecment Universitetində “Turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılacaq karyera imkanları” mövzusunda məlumat- sessiya təşkil olunub. Azərbaycan Turizm Bürosunun əməkdaşı, Turizm Könüllüləri Təşkilatının icraçı direktoru, ATMU məzunu Ramina Salayeva infosessiyanın məqsədini açıqlayıb vət ələbələri müxtəlif layihələrdə yaxından iştiraka dəvət edib. Məlumat sessiyasında “Könüllülərin İnkişaf Proqramları”na, təlimlərə, seminarlara cəlb olunması, Dövlət Turizm Agentliyi və tabeliyindəki qurumlar tərəfindən keçiriləcək festivallarda, sammitlərdə təcrübə qazanma imkanları, Turizm Könüllüləri Təşkilatının tədbirlərində komanda şəklində iştirak,o cümlədən peşəkar komanda ilə əməkdaşlıq çərçivəsində yüksək təcrübə qazanan gənclərin turizm sənayesində müvafiq işlə təmin olunma imkanları və s.məsələlərə təlimçi R.Salayeva tərəfindən aydınlıq gətirilib.