SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
13.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 439
İtaliya səfəri ilə əlaqədar məlumat sessiyası keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlarının Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı PICASP layihəsi çərçivəsində İtaliya Respublikasına səfəri ilə əlaqədar ATMU əməkdaşlarının məlumatlandırılması məqsədilə məlumat sessiyası təşkil edilmişdir.

Məlumat sessiyasında Tədris-metodik şöbənin, Beynəlxalq əlaqələr şöbəsinin, Keyfiyyət-təminatı şöbəsinin əməkdaşları, dekanlıq və kafedraların nümayəndələri iştirak etmişdirlər.

Sessiya zamanı səfərdə iştirak etmiş, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova Erasmus+ proqramı, PICASP layihəsinin məqsədi, layihə tərəfdaşları, icra olunmuş və nəzərdə tutulmuş tədbirlər, layihə büdcəsinin idarə edilməsi ilə bağlı məlumatları sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Sessiya, səfər iştirakçısı olmuş “Mehmanxana və restoran biznesi” kafedrasının baş müəllimi Həlilə Məmmədovanın səfərin ilk günü Romadakı tanışlıq görüşü ilə bağlı verdiyi məlumatlar, Ciete/Pescarada keçirilmiş görüşlər haqqındakı məlumatların iştirakçılara çatdırılması ilə davam etdirilmişdir. H. Məmmədovanın verdiyi məlumatlara əsasən tanışlıq görüşü zamanı Azərbaycandan ATMU həmçinin, Xəzər Universiteti, MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndələri, eləcə də Qazaxıstan, Polşa, Litva və İtaliya universitetlərinin əməkdaşları iştirak etmişdirlər, görüş zamanı layihənin əsas rəhbəri professor Massimo Bianchinin çıxışında qeyd olunmuş məqamlar da sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır.

Forli və Cesenada keçirilmiş təlim və görüşlər haqqında “Turizm biznesi” kafedrasının müəllimi Güllü Əsgərli məlumat vermiş, professor Massimo Bianchinin, Daniela Brighi və Fabio Lelli-nin məruzələrin qısa xülasəsini sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra G.Əsgərli LABİC-də professor Daniele Gualdi və tələbələrinin məruzələri haqqında məlumat vermişdir.

Son olaraq sessiya iştirakçılarının sualları cavablandırılmış və səfərin nəticəsi ilə bağlı təkliflər qeyd edilmişdir.