
Hörmətli tələbələr,
Biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsi üzrə təhsil alan II və III– cü kurs (menecment ixtisası üzrə) tələbələri 2022/2023-cü tədris ilinin yaz semestrində İspaniya Krallığının Valladolid Universitetində təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilərlər.
Tələb olunan sənədlər :
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı)
- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər)
- İngilis dili sertifikatı (əgər varsa)
- Tövsiyyə məktubu (inglis dilində yazılmalıdır)
Maliyyə imkanları:
- Aylıq 850 avro təqaüd
- Heç bir təhsil haqqı ödənilməsi gərəkmir.
Diqqət: İspaniya üçün təhsil vizası İspaniya Krallığının Türkiyə Respublikasında yerləşən səfirliyindən alınacaqdır (Ankara şəhəri).
Qeydiyyat üçün international@atmu.edu.az email adresinə yaza bilərsiniz.
Ətraflı məlumat üçün əlaqə telefonu: 012 564 42 33 (122 daxili nömrə)
Son müraciət tarixi: 19.10.2022