SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 157
ECAR layihəsi çərçivəsində Fransa səfəri ilə bağlı məlumat sessiyası keçirildi

Oktyabrın 12-də ATMU-da Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 03 – 07 oktyabr 2022-ci il tarixlərində Fransada keçirilən təlim proqramının yekunlarına dair məlumat sessiyası keçirilib.

Tədbirdə Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə layihə koordinatoru Səidə Məmmədova təlimin gündəliyi, başlıca və müzakirə predmeti sayılan mövzular, təlimçilər,o cümlədən diqqətçəkən məsələlərə aydınlıq gətirdi. Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən digər universitet nümayəndələrinin də iştirak etdiyini diqqətə çatdırdı.

Məlumat sessiyasında Universitetin Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov Rennes Universitetinin prezidenti David Alisin “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusuna həsr edilən təqdimatı ilə bağlı detallı məlumat verdi. Z.Bağırov İspaniya, Fransa və digər Avropa ölkələrinin Rektorlar konfranslarının əhəmiyyətli təcrübələrinin Azərbaycan Rektorlar Şurasının yaradılmasına və fəaliyyətinə mövqeyini açıqladı. Azərbaycanın Fransadakı səfirliyinə ziyarətin yaddaqalan və önəmli olduğunu xüsusi vurğuladı.

Tədbirin sonunda Universitetin professor-müəllim və inzibati heyəti üzvlərinin sualları çıxışçılar tərəfindən ətraflı cavablandırıldı.