SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 325
ATMU-da “İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqə” mövzusunda məlumat sessiyası təşkil olunub

ATMU tələbələrinin maarifləndirilməsini şərtləndirən məlumat sessiyasında Azərbaycan Respublikasının Gənclər Fondunun “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı İbrahim Mehdiyev Gənclər fondunun yaranma tarixi, konsepsiyası, fəaliyyət istiqamətləri,o cümlədən adıkeçən qurumun vəzifələrindən danışıb. “Müsabiqə haqqında məlumat”; “Müsabiqəyə müraciət qaydaları və şərtlər”, “İllər üzrə statistik göstəricilər”; “GəncApp mobil tətbiqi”; “Sənədləşmə qaydaları”; “Müsabiqənin qiymətləndirilmə qaydaları” və s.mövzular diqqətdə saxlanılıb.

Təlimçi İ.Mehdiyevin təqdimatında sosial müdafiə səbəbi ilə xüsusi şəxslər qrupuna daxil edilən istedadlı gənclərin təhsil xərclərinin tam və ya qismən maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirilib.

”İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqə” mövzusuna dair məlumat sessiyasında tələbələri maraqlandıran suallar cavablandırılıb.