SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 461
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilmiş praktik dərslər haqqında məlumat

24.10.2022-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Sosial menecment” fakültəsinin “Qida mühəndisliyi” ixtisası III kurs (QM2001 qrup) tələbələrinin “Qida biotexnologiyası” və “Ət və ət məhsullarının texnologiyası” fənləri üzrə praktik dərsləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilmişdir.

Tələbələr İnstitutun “Genomun quruluşu və ekspressiyası”, “Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası”, “Bitki biotexnologiyası”, “Xloroplastların fotokimyası”, “Bioinformatika”, “Bioadaptasiya”, “Fotobioenergetika” laboratoriyaları ilə tanış olmuş, institutun əməkdaşları – institutun icraçı direktoru, b.ü.f.d., dos. Ələmdar Məmmədov, Bitki laboratoriyasının laborantı b.ü.f.d., dos. Mahirə Məmmədova, institutun kiçik elmi işçiləri, doktorantlar Aygün Sadıqova və Günay İsmayılova tərəfindən tələbələrə institutda aparılan elmi-tədqiqat işləri, laboratoriya cihazları və onların iş prinsipləri haqqında məlumatlar verilmişdir. Tələbələr laboratoriya avadanlıqlarından istifadə qaydalarına yiyələnmiş, müxtəlif laboratoriya işlərinin aparılması prosesini yaxından izləmişdirlər.

“Qida biotexnologiyası” və “Ət və ət məhsullarının texnologiyası” fənlərinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilməsi ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının dosenti b.e.n. Gülnar Məmmədli və kafedranın baş müəllimi Həlilə Məmmədova tərəfindən təşkil edilmişdir.