SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 65
Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (İAAR) üzvləri ATMU-da olub

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (İAAR) arasında görüş keçiriib.

ATMU rəhbərliyinin iştirakı ilə keçirilən dəyirmi masada əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İAAR-ı təmsil edən nümayəndə heyətinin üzvləri – Agentliyin baş direktoru Alina Bakitcanovna, qurumun müşaviri Olqa Alekseyevna, ali təhsil müəssisələrin akkreditasiyası üzrə layihə meneceri Quliyaş Balkenova, Beynəlxalq əlaqələr üzrə baş direktorun müavini Timur Yerbolatoviç və Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının yoxlanması departamentinin müdiri Natiq Əliyevin qatıldığı görüşdə ATMU-nun təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi detallı müzakirə olunub. Universitetin rektoru cənab İlham Mədətov söhbət əsnasında İAAR və DİM təmsilçiləri ilə görüşdən məmnunluğunu bildirib və ATMU üçün keyfiyyət faktorunun önəmliliyi və bu istiqamətdəki islahatların əhəmiyyətinə aydınlıq gətirib.

Qeyd edək ki, Universitetin 2022/2026-cı illər üçün nəzərdə tutulan Strateji inkişaf planında da ali təhsilin beynəlmiləlləşməsinə nail olmaq üçün təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi nəzərdə tutulub.