SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 95
8 Noyabr- Şanlı zəfər tariximiz

Azərbaycan Turizm və Menecment Universitetində 04.11.2022 tarixində Böyük qələbənin 2 illliyi münasibətilə “8 Noyabr- Şanlı zəfər tariximiz” adlı tədbir baş tutub. Şəhid ailəsi, qazi, Vətən müharibəsi iştirakçıları, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələri, ali məktəbin inzibati işçiləri, professor-müəllim heyəti və müharibə iştirakçıları tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın təbrik-çıxışlarında xüsusi vurğulandı ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu. Müzəffər ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Azərbaycan Prezidenti dəfələrlə xatırlatmışdır ki: “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azad olunması uğrunda döyüşür”. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir.

DTA-nin sədr müavini A. Hüseynova və ATMU-nun rektoru İ.Mədətovun çıxışlarında xüsusi vurğulandığı kimi məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, sınmaz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu. 30 illik yurd həsrətinə son qoyuldu.

ATMU-nun “Turizm biznesi” kafedrasının dosenti Tərlan Növrəsli şəhid Məhəmmədəli Həsənzadənin valideynləri, eyni zamanda vətən uğrunda döyüşlərdə şəhid və qazi olan igid övladlarımızın şücaəti və yenilməzliyi qarşısında sonsuz ehtiramını müəllifi olduğu Qarabağıma gəl” adlı “şeirilə ifadə etdi.

Daha sonra müharibə iştirakçısı olmuş məzunlara diplomlar və universitet adından hədiyyələr təqdim olundu.

Müharibə iştirakçısı olan məzun və tələbələr auditoriyalarda 44 günlük Vətən müharibəsi ilə bağlı təəssuratlarını Universitet tələbələri ilə bölüşdülər.