SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 358
ATMU əməkdaşları elmi-praktik konfransda iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədilə mülki müdafiə sisteminin inkişafında elm və təhsilin rolundan bəhs edib. Bu sahədə elmi tədqiqatların aparılmasının, innovativ və texnoloji yeniliklərin əldə olunmasının, “Mülki müdafiə fənni”ni tədris edən kadrların mülki müdafiə sahəsində praktiki təcrübələri nəzərə alınmaqla seçilməsinin, ali təhsil müəssisələrində mülki müdafiə kafedralarının açılmasının, uyğun dərs vəsaitlərinin Azərbaycan, rus, həmçinin ingilis dili bölmələri üçün hazırlanmasının vacibliyinə aydınlıq gətirib. Vaxtaşırı elmi-praktik konfransların, seminarların, mülki müdafiə məsələlərinə həsr edilən kütləvi tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. N.Zamanov “Mülki müdafiə fənni”nin proqramlarına praktiki saatların daxil edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin gedişatında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın müxbir üzvü, Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayevin gündəmlə bağlı çıxışları maraqla dinlənilib.

Adıkeçən tədbirdə ATMU əməkdaşları iştirak ediblər.