Türkiyənin EGE Universitetində mübadilə proqramı
21.11.2022
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 447
Türkiyənin EGE Universitetində mübadilə proqramı

Hörmətli ATMU tələbələri,

Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin EGE Universiteti arasında olan mübadilə proqramını  və müraciət üçün tələb olunanları nəzərinizə çatdırırıq. 

Mübadilədə iştirak üçün tələblər:

-Turizm işinin təşkili ixtisası üzrə II kurs bakalavr tələbəsi; - 3 tələbə

-Turizm işi ixtisası üzrə I kurs magistratura tələbəsi; - 2 tələbə

-Türk dili biliklərinə sahib olması.

Maliyyə şərtləri:

-Nəqliyyat, yerləşmə və qidalanma xərcləri tələbələrin özü tərəfindən ödənilməlidir.

-Mübadilə proqramı təqaüdsüzdür.

Məlumatlandırma:

-Proqramda iştirak edəcək tələbələrin dərsləri əvəzlənəcəkdir (tədris proqramlarının mümkünlüyü nəzərə alınaraq)

-Seçiləcək tələbələr ATMU daxili müsahibə yoluyla keçiriləcəkdir.

Qeyd: Mübadilə proqramında iştirak edəcək tələbələrə Rəsmi Sənəd təqdim olunacaqdır.​

Tələb olunan sənədlər:

-Pasport

-Transkript

-CV

Son müraciət tarixi: 6 dekabr 2022-ci il.

Ətraflı məlumat əldə etmək üçün: ATMU Beynəlxalq Əlaqələr şöbəsi – 201-ci otaq / international@atmu.edu.az