SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
22.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 374
ATMU beynəlxalq təhsil imkanlarının genişləndirilməsində maraqlıdır

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və İtaliya Respublikasının Romualdo Del Biancho Fondu arasındakı əməkdaşlıq mexanizmi gündən-günə möhkəmlənir. Azərbaycan və İtaliyanın mövcud təhsil istiqamətli əlaqələrinin yenidən qurulması və inkişafı isə prioritet vəzifə olaraq qalmaqdadır. Təsadüfi deyil ki, Romualdo Del Biancho Fondunun təşkilatçılığı ilə müxtəlif vaxtlarda keçirilən beynəlxalq tədbirlərdə hər zaman ATMU-nun təmsilçilik hüququ diqqətdə saxlanılır. Adıkeçən qurum tərəfindən bu il noyabr ayının ikinci ongünlüyündə təşkil edilən onlayn tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Şuşa – Azərbaycanın mədəni irsinin simvolu” adlı təqdimatla qatılıblar.Beynəlxalq tədbir iştirakçıları tələbələrin toplayıb- hazırladıqları məlumatlar əsasında Şuşa şəhərinin tarixi, turizm potensialı, mədəni irsi və görməli yerləri ilə qiyabi tanış olmaq imkanı qazanıblar.

Onu da qeyd edək ki, ATMU tələbələrinin beynəlxalq tədbirdə”Şuşa-Azərbaycanın mədəni irsinin simvolu”adlı təqdimat-çıxışı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənib.