SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 72
Beynəlxalq ekpert ATMU-da olub

Azərbaycan Turizm və Menecment Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” layihəsi çərçivəsində Vilnüs Gediminas Texniki Universitetinin (Litva) professoru, Litva Tədqiqat Şurasının və Litva Elmlər Akademiyasının üzvü Artüras Kaklauskas ATMU-da qonaq olub.

PICASP layihəsinin ATMU üzrə meneceri Faina Qaçabəyova və layihə komandasının üzvü Səidə Məmmədovanın iştirakı ilə keçirilən görüşdə layihənin icra mexanizminə, qarşıda duran vəzifələrə aydınlıq gətirilib. Vilnüs Gediminas Texniki Universitetinin bu sahədəki təcrübəsi isə qarşılıqlı fikir mübadiləsi çərçivəsində müzakirə olunub.

Artüras Kaklauskasın ATMU-nun müəllim heyəti, layihə üzvləri və layihədə mədəni sənaye sahəsini təmsil edən mentorların birgə iştirakı ilə aparılan işgüzar müzakirələrdə MOOC-ların yaradılması, təlimlərin təşkili, icrasını şərtləndirən ümumi istiqamətlərə yanaşma meylləri müəyyən olunub.