SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 356
“Məzunlarla uğura doğru” layihəsinə yekun vurulub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu universitetin“Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə keçirilən “Məzunlarla uğura doğru”adlı layihəyə yekun vurulub. Noyabr ayının 2-ci ongünlüyünü əhatə edən silsilə tədbirin əsas iştirakşıları ATMU-nun tələbə kontingenti olub. Adıkeçən layihədə karyeralarında uğurlu mövqe tutan məzunlarla tələbələrin görüşü, peşəkar vərdiş və təcrübə potensialından yararlanmaq imkanları, universitet-məzun əlaqələrinin daha da möhkəmləndirilməsi və s. məsələlər əksini tapıb.

"Məzunlarla uğura doğru"adlı layihənin icrası günlərində ATMU məzunları- BMZ Colleges-Xaricdə təhsil və Karyera Mərkəzinin Direktoru Ülkər Fətəliyeva, Azərbaycan Turizm Bürosunun Yaxın Şərq ölkələri üzrə regional meneceri Kamran Daşdəmirov, Wide Travel şirkətinin direktoru İlkin Əhmədov, Ninja Kids Club by LTC təsisçisi Həvva Səfərova, Dream Hotel Group şirkətinin Strategiya üzrə direktoru Ceyhun Nəsibbəylinin tələbəlik illərində bilik bazasının səmərəli formalaşmasına rasional cəhd, uğurlu karyerayanın sirləri, operativ və məqsədyönlü iş səriştələri,o cümlədən strategiyası məsələlərinə konkret münasibət sərgiləmələri iştirakçılar tərəfindən birmənalı qarşılanıb.

ATMU-nun “Karyera və Kommunikasiya” şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və 200 tələbənin qatıldığı "Məzunlarla uğura doğru"adlı layihədə xüsusi fəallıq göstərən bir qrup tələbə sertifikatla mükafatlandırılıb.