SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 563
“Yaşıl İqtisadiyyat” kitabının təqdimatı olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin və İqtisadi İslahatların Təhlili Kommunikasıya Mərkəzinin birgə təşkilatçılığı ilə adıkeçən ali təhsil müəssisəsində “Yaşıl İqtisadiyyat” kitabının təqdimatı keçirilib.Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və kitabın müəllifləri- Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini i.e.d. prof. Ramil Hüseyn və Mərkəzi Departament rəhbəri i.ü.f.d Rəşad Hüseynov iştirak ediblər. Rektor İlham Mədətov “Yaşıl İqtisadiyyat” kitabının müəlliflərini bu universitetdə salamlamaqdan, eyni zamanda təqdimatın təşkilindən məmnunluğunu bildirdi, iştirakçılara uğurlar arzuladı.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini i.e.d. prof. Ramil Hüseyn Yaşıl İqtisadiyyatı müasir dövrün ən böyük problemlərindən biri olduğunu dedi. Dünya alimləri tərəfindən bu istiqamətə marağın gündən-günə artdığını, səmərəli həllinə xüsusi qayğı göstərildiyini, yaşıl iqtisadiyyatı ekoloji risklərin və çatışmazlıqları azaltmaqla bərabər, ətraf mühiti pisləşdirmədən, davamlı inkişafı hədəfləyən sahə prizmasından dəyərləndirdi. Mərkəzi Departament rəhbəri i.ü.f.d Rəşad Hüseynov isə alternativ enerji mənbələrinin növlərini açıqlamaqla bərabər, alternativ enerjidən istifadəyə keçidin sosial-iqtisadi faydalarına münasibət sərgilədi.

Universitetin İqtisadiyyat kafedrasının müdiri i.ü.f.d dos. Səkinə Hacıyeva yaşıl maliyyə məhsulu və xidmətləri, həmçinin pərakəndə maliyyə yaşıl investisiyalar,Menecment kafedrasının əməkdaşları i.ü.f.d Ülkər Sadıqova və Günay İldırımlı, İqtisadiyyat kafedrasının müəllimi Şəmşad Əlizadə isə ətraf mühitin mühafizəsinə çəkilən xərclər, ərzaq və kənd təsərrüfatı üçün yaşıl inkişaf siyasətləri, kənd təsərrüfatında ətraf mühit qaydaları və standartları barədə detallı məlumat verdilər.

Tədbir bakalavr, magistr və doktorantura pilləsində təhsil alan tələbələrin fikir mübadiləsi ilə başa çatıb.