SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 448
Universitetdə maarifləndirmə və ustad dərsi

ATMU-da “Menecment və şəxsi inkişaf” mövzusunda maarifləndirmə təlimi keçirilib. “Bakı Universal Tədris Mərkəzi”MMC-nin təlimçisi, KOBİA-nın (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi) Korporativ Xidmətlər Departamentinin İnformasiya texnologiyaları və sistemləri şöbəsinin baş mühəndisi Nicat Kərimovun təqdimatında gerçəkləşən təlimdə iştirakçı tələbələr xüsusi fəallıq göstəriblər. İ.ü.e.d, prof, Gülənbər Əzizova tərəfindən "Magistr dissertasiyalarının tərtib olunması haqqında" ustad dərsi- master klas isə adıçəkilən mövzunun elmi müzakirəsi və izahı çərçivəsində başa çatıb.

Hər iki tədbir Universitetin “Biznes idarəçiliyi” fakültəsinin təşkilatçılığı ilə keçirilib.