SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 57
Universitetdə maarifləndirmə tədbiri olub

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müayinə və maarifləndirmə tədbiri keçirib. İnsan sağlamlığına təhlükə sayilan İmmun çatışmazlığı Virusunun (İİV) yayılması təhlükəsinin qarşısını almaq və tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə Universitetdə təşkil olunan maariflədirmə tədbirində təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi kimi məsələlərə aydınlıq gətirilib. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb.

“Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində ATMU-da keçirilən maarifləndirmə tədbirində iştirakçılara Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid xüsusi broşurlar, bukletlər təqdim edilib.