SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
06.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 207
Elmi Şuranın növbəti iclasında

30 noyabr 2022-ci il tarixdə ATMU Elmi Şurasının növbəti iclası keçirilib. İclasda “2022/23-cü tədris ilində fakültələrdə tədris-metodiki işin vəziyyəti:problemlər,perspektivlər”, “ATMU-da Elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti” müzkirə edilib. “ATMU-da Yekun Dövlət Attestasiyasının yekunlarına dair məlumatlar” və ”İqtisadiyyat” kafedrasının “2021-2022-ci tədris ili üzrə və cari dövrə qədər olan fəaliyyəti haqqında” hesabatı dinlənilib. ATMU-ya daxil olan doktorantların dissertasiya mövzularının Əlaqələndirmə Şurasına tövsiyə olunması məsələsinə baxılıb. ATMU-nun dosenti Vüqar Mehralı oğlu Nəzərovun və Şahin Şəhvələd oğlu Mustafayevin bakalavriatura pilləsinin “Maliyyə -050406” ixtisası üzrə hazırladığı “Maliyyə menecmenti” adlı dərsliyin və eyni adlı fənn proqramının Elm və təhsil nazirliyindən qrif alınması,p.e.d., prof. Nailə Vəliyevanın “Azərbaycan tələbələrinə turizm sahəsində əcnəbi nitq mədəniyyətinin tədrisinin nəzəriyyəsi və təcrübəsi”adlı monoqrafiyasının çapı tövsiyyə edilib.