SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 94
ATMU-da təhsil və turizm istiqamətində fikir mübadiləsi aparılıb

Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Manuel Carlos Montenegro Da Cruz Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olub. Böyük elçi rektor İlham Mədətov tərəfindən səmimi qarşılandığına, universitetin tarixinə, o cümlədən tədris-təlim prosesi və beynəlxalq əlaqələrin inkişaf dinamikasına dair ətraflı məlumat almaq imkanı əldə etdiyinə görə təşəkkürünü bildirib. Söhbət əsnasında təhsil və turizm sahəsində mövcud əlaqələrin inkişafına istiqamətlənən təkliflərin müzakirəsi birmənalı olaraq diqqətdə saxlanlıb.

Cənab səfir Manuel Carlos Montenegro Da Cruzun ATMU-ya ziyarəti çərçivəsində Braziliyanın turizm potensialına dair təqdimatı turizm ixtisası üzrə təhsil alan tələbələr tərəfindən maraqla qarşılanıb. Cənab səfir tələbələrin suallarını cavablandırıb,onlarla xatirə şəkli çəkdirib.