SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 79
Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ATMU-da olub

Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tamaş Yojef Torma Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub. Rektor İlham Mədətov böyük elçini universitetdə salamlamaqdan məmnunluğunu,cari tədris ilində bir qrup ATMU tələbəsinin, o cümlədən Macarıstanın nüfuzlu turizm obyektlərində peşəkarlıq vərdişlərinə yiyələnəcəklərinə əminliyini bildirib. Cənab səfir Tamas Yojef Torma Azərbaycan Macarıstan əlaqələrinin çoxşaxəli inkişafında qərarlaşan məsələlər sırasında təhsil və təcrübəni əhəmiyyətli amil kimi dəyərləndirib.Universitet tələbələrindən ötrü tədris planında nəzərdə tutulan istehsalat təcrübəsinin ölkəsində təşkilinə səy göstərəcəyini deyib.

Cənab səfirlə keçirilən görüşdə ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak edib.