SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 140
ATMU-da "Narkomaniyaya yox deyək” adlı seminar olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Narkomaniyaya yox deyək” adlı növbəti seminar keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı,təlimçi Vasif Quliyev tədbirin gedişatında gənclər arasında narkomaniya və pis vərdişlərdən yaranan fasadların qarşısının alınması yolları, narkomaniya və tütünə qarşı mübarizədə əhəmiyyətli bilinən maarifləndirmə tədbirlərinin təşkili, saglam həyat tərzinin təbliği, informasiya qıtlığının aradan qaldırılmasının əhəmiyyəti və s. məsələlərə aydınlıq gətirib.

ATMU-da təşkil olunan ”Narkomaniyaya yox deyək”adlı seminara Universitetin "Karyera və kommunikasiya” şöbəsinin əməkdaşları və tələbələr qatılıb.