SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 76
ATMU-da "Torpaqdan fincana kofe biznesi: 3-cü dalğa kofe mədəniyyəti" adlı seminar olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə bu təhsil ocağında “United Coffee Beans” şirkəti tərəfindən "Torpaqdan fincana kofe biznesi: 3-cü dalğa kofe mədəniyyəti" adlı seminar keçirilib.

“United Coffee Beans” şirkətinin təsisçisi və icraçı direktoru, ATMU-nun məzunu Pərviz Dadaşov və şirkət əməkdaşlarının təqdimatında qəhvənin tarixi, növləri və hazırlanma prosesinin incəliklərinə aydınlıq gətirilib. Peşəkarlar tərəfindən seminarın gedişatında hazırlanan qəhvə iştirakçı tələbə və inzibati heyət üzvləri tərəfindən qiymətləndirilib. “United Coffee Beans” şirkətinin təsisçisi və icraçı direktoru P. Dadaşov məzun olduğu ATMU-da indi adıkeçən qurumun rəhbəri statusunda tələbələrlə görüşündən məmnunluğunu bildirib. Təhsil və vaxt amilinə,o cümlədən peşəkar təcrübənin əhəmiyyətinə münasibət bildirən şirkətin rəhbəri deyilənləri yüksəliş pramidasının təməli kimi qiymətləndirib.

"Torpaqdan fincana kofe biznesi: 3-cü dalğa kofe mədəniyyəti" adlı seminar çərçivəsində təşkil olunan yarışmanın qaliblərinə-Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və əməkdaşlarına xüsusi hədiyyələr təqdim olunub.