SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 89
ECAR layihəsi Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ilk toplantısı keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində tədris işləri və keyfiyyət təminatı üzrə komitənin ilk iclası keçirilib. Toplantı layihənin kordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirilib.

Toplantıda Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru f.ü.e.d. Prof. Zaur Bağırov və Tədris-metodiki şöbənin müdiri Həcər Eldarova iştirak edib.

İclasda komitənin funksiyaları, sədrliyinə namizədliyə dair tələblər və idarə heyətin və sədrinin seçilməsi qaydaları tərəfdaşlara təqdim edilib və onların rəyləri əsasında onlara müvafiq düzəlişlər edilib. Daha sonra tərəfdaş universitetlərin 16 namizədinin adı idarə heyətinin sədri vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülüb. 68.8% səs çoxluğu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik işlər üzrə prorektoru Eldar Aslanov idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov səs çoxluğu ilə Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin sədr müavini seçilib.

Komitənin ilk iclasında ERASMUS+ proqramının Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov da iştirak edib, layihənin işlərinə uğurlar arzulayıb.