SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 420
Universitet tələbələri Üzümçülük və Şərabçılıq elmi-tədqiqat İnstitutunda olublar

ATMU-nun Sosial menecment fakültəsinin Qida mühəndisliyi ixtisasının tələbələri adıkeçən institutun bir sıra laboratoriya və şöbələrində olublar. Şərab istehsalı avadanlıqlarının iş prinsipi ilə tanışlıqdan sonra məhsulun fiziki-kimyəvi keyfiyyət göstəricilərinin təyini prosesini izləyiblər. Elmi-tədqiqat və laboratoriya işləri barədə ümumi məlumat alan tələbələr, eyni zamanda institutun müxtəlif şöbələrində də olublar.

Bu dəfə Azərbaycan Kənd Təsərrüfatı nazirliyinin Üzümçülük və Şərabçılıq elmi-tədqiqat institutunda keçirilən praktik dərs Universitetin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Həlilə Məmmədova və Səbinə Qasımova tərəfindən təşkil olunub.