SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.12.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 37
ATMU əməkdaşları üçün Türkiyədə akkreditasiya prosesinə dair seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Turizm təlimi qiymətləndirmə və akkreditasiya qurumunun birgə təşəbbüsü ilə Türkiyədə akkreditasiya prosesinə dair seminar təşkil olunub. Adıkeçən tədbirdə Mersin Universitetinin professoru, prof.dr.A.Celal Çakıçı Türkiyədə akkreditasiya, akkreditasiyanın əhəmiyyəti, TURAK qiymətləndirmə meyarları, proqram və institusional akkreditasiya və sair məsələlərdən bəhs edib.

Qeyd etmək lazımdır ki, Turizm təlimi qiymətləndirmə və akkreditasiya qurumu Türkiyə Respublikasında müvafiq sahə üzrə akkreditasiyanı həyata keçirən səlahiyyətli strukturdur.

“Türkiyədə akkreditasiya prosesi”nə dair onlayn seminara ATMU-nun qırxa yaxın əməkdaşı qatılıb.