SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.01.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 44
ATMU əməkdaşları “Layihələrin idarə edilməsi” adlı təlimlərdə iştirak ediblər

Layihələrin İdarə edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi” üzrə akademik təlim kursu təşkil olunub. “Azərbaycanın ali təhsil müəssisələrində layihə menecmenti tədris potensialının artırılması”adlı tədbirə 8 ali məktəbdən müvafiq ixtisaslı müəllim heyəti qatılıb.İştirakçılar adıkeçən layihə çərçivəsində risklər, kommunikasiyalar, satınalmalar,o cümlədən keyfiyyətin idarə edilməsini şərtləndirən başlıca tələblər barədə məlumatlandırılıblar.Eyni zamanda layihə menecmenti üzrə akademik vəsaitlə təmin olunublar.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı təlim kusunun gedişatında xüsusi fəallıq göstərdiklərinə görə AzPMA tərəfindən sertifikatla mükafatlandırılıb.

ATMU müəllimlərinin “Layihələrin idarə edilməsi” üzrə təlim kursunun növbəti mərhələsindən gözləntiləri IPMA beynəlxalq sertifikatlaşdırma imtahanında iştirak hüququna və beynəlxalq dərəcə statusuna sahiblənməkdir.