
ATMU-nun “Sosial menecment” fakültəsinin Qida mühəndisliyi ixtisasının IV kurs tələbələri “Divan” oteldə olublar. Tələbələr ixtisas müəllimi tərəfindən müəssisənin layihələndirilməsi, layihə-smeta sənədlərinin tərtibi, texnoloji hesabatların yerinə yetirilməsi metodikası, restoran və bufetlərin menyusuna daxil edilən qida məhsullarının növləri və s. barədə ətraflı məlumatlandırılıblar. Azərbaycan Turizm və Menecment Universitetində turizm yönümlü fənlərin tədrisi müvafiq profilli sənaye müəssisələrində daim diqqət mərkəzində saxlanılır.