SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.01.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 49
ATMU-da Brüssel şəhərində baş tutan təlim proqramının yekunlarına dair məlumat sessiyası keçirilib

ATMU-da 17 yanvar tarixində Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən, ATMU-nun tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində 12-16 dekabr 2022-ci il tarixlərində Belçikanın Brüssel şəhərində baş tutan təlim proqramının yekunlarına dair məlumat sessiyası keçirilib.

Tədbirdə Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə layihə koordinatoru Səidə Məmmədova layihənin mahiyyəti, tərəfdaşlar, səfərin məqsədi və bu qəbildən olan digər mövzular barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndəsi sözügedən səfərdə iştirak edərək öz təcrübəsini bölüşüdü, həmçinin beynəmilləşmə sahəsində Avropa təcrübəsindən yararlanmaq imkanı əldə etdi.

Tədris işləri üzrə Prorektor, professor Zaur Bağırov öz çıxışında ECAR layihəsi çərçivəsində yaradılacaq Rektorlar konfransının əhəmiyyətindən bəhs etdi. Rektorlar Konfransının yaradılması ilə universitetlər arasında güclü şəbəkələşmənin və əməkdaşlığın yaranacağını bildirdi. O qeyd etdi ki, belə səfərlər universitetlər və beynəlxalq tərəfdaşlar arasında təcrübə mübadiləsinə, həmçinin Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə etməsinə şərait yaradır.

ATMU-nun səfər iştirakçılarından biri olan nümayəndəsi, rektor köməkçkisi Samir Məhərrəmov öz çıxışında səfər barədə detallı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, səfərin əsas məqsədinin ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi olduğunu qeyd etdi. S. Məhərrəmov səfər zamanı EFMD Global təşkilatı tərəfindən edilmiş təqdimatlar, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, Avropa tərəfdaşarının beynəmillələşmə strategiyaları, beynəlxalq şəbəkələşmənin qurulması istiqamətindəki fəaliyyətlər və bu istiqamətdəki təcrübə mübadiləsi barədə geniş çıxış etdi.

Qeyd edək ki, 12-16 dekabr 2022-ci il tarixlərində Belçikanın Brüssel şəhərinə baş tutan səfərdə ATMU-nun rektoru İlham Mədətov da iştirak edib.

Tədbirin sonunda Universitetin professor-müəllim və inzibati heyəti üzvlərinin sualları çıxışçılar tərəfindən ətraflı cavablandırıldı.